27 İyun 2021 08:42
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır sentyabrda keçiriləcək yüksək səviyyəli sessiyada dövlət başçılarının da iştirakını təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə V.Bozkırın təşkilata üzv ölkələrə göndərdiyi təkliflərində deyilir.

V.Bozkır koronavirusun yayılmasının qarşısını almaq üçün Baş Assambleya zalında nümayəndə heyəti rəhbərinin və onu müşayiət edən üç şəxsin olmasını təklif edir. BMT-nin Mənzil Qərargahında nümayəndə heyətinin rəhbəri və onu 5-dən çox olmamaqla müşayiət edən şəxslər qala biləcək.

BMT Baş Assambleyasının sədri həmçinin iştirakçılar üçün koronavirusa qarşı vaksinasiyanın könüllü olmasını da təklif edib. BMT Mənzil Qərargahının və digər nümayəndələrin vaksinasiya statusu barədə məlumatlandırma da könüllü olmalıdır. Bütün əlavə tədbirlərin ləğvi təklif edilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər