30 İyun 2021 14:32
709
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) prezidenti Peter Maurer bildirib ki, Azərbaycanda saxlanılan erməni hərbçilərin statusu məsələsi İrəvan və Bakı tərəfindən həll olunmalıdır.

Teleqraf.com xəbər verir ki, P.Maurer “İzvestiya” qəzetinə verdiyi müsahibədə bu fikri səsləndirib.

“Müəyyən irəliləyiş əldə edildi, onlardan bəziləri evlərinə dönüblər. Eyni zamanda, bəzi saxlanılanlarla bağlı mübahisələr davam edir: onlar hərbi əsir sayılırmı, statusları nədir və geri qayıda biləcəklərmi. Azərbaycan hökuməti bizə məlumat verdi ki, məhbusların statusu ilə bağlı Ermənistan tərəfi ilə fikir ayrılığı var. Və Bakı və İrəvan bu problemi mütləq özləri həll etməlidir”.

P.Maurer qeyd edib ki, BQXK öz təcrübəsini tərəflərlə bölüşə, onlara məsləhət verə bilər, ancaq hökumətlər qərar verməli və statusu sona çatdırmalıdır. O, həmçinin, qeyd edib ki, Qırmızı Xaç hər iki tərəflə daimi kontaktdadır:

“Ümid edirəm ki, gələcəkdə Ermənistan və Azərbaycanda saxlanılan bütün məhbuslar üçün problemə dair həll yolu tapmaq mümkün olacaq”.

Maurer təşkilatın nümayəndələrinin Bakıda saxlanılan ermənilərə baş çəkdiyini bildirib, lakin onların saxlanılma şəraiti barədə şərh verməyib, çünki bu “BQXK üçün konfidensial bir proses”dir.

Bundan əlavə, o bildirib ki, Qırmızı Xaç Qarabağ istiqamətində işin maliyyələşdirilməsini 4-5 dəfə artırıb: əvvəllər büdcə təqribən 10-11 milyon dollar idisə, indi 50 milyon dollardır.


Müəllif: Səxavət

Oxşar xəbərlər