Azərbaycanda yağıntılı hava şəraiti nəticəsində sürüşmə zonalarında aktivləşmənin artması müşahidə edilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov Teleqraf.com-a açıqlamasında bildirib ki, keçirilən monitorinqlərin nəticəsində bu məticəyə gəlinib.
Onun sözlərinə görə, aktivləşmə daha çox Lənkəran və Lerik zonalarında müşahidə olunub: “Ayın 3-də düşən leysan yağışları nəticəsində yolun 17-19, 45, 49-50, 53, 27-ci kilometrliyində mövcud olan bütün uçqun və sürüşmə sahələrində aktivləşməyə səbəb olub. Bundan başqa, kənd ərazisində lokal yerlərdə aktivləşmə olub”.
Nazirlik rəsmisinin sözlərinə görə, respublikada yamacın kəsildiyi yerlərdə sürüşmə daha çox aktivləşib müşahidə olunub. Hazırda Lerik rayounda qar mövcuddur olduğu üçün, cənub bölgəsində Lənkəran və Lerikin avtomobil yollarında, şimalda Quba-Xınalıq, Şamaxı-İsmayıllı yolunda, həmçinin Ağsu aşırımında aktivləşmə müşahidə olunur: “Sürüşmə yolu bağlayacaq qədər güclü olmasa da, sürüşmə kütləsində anbaan aktivləşmə müşahidə olunur. Avtomobillərin hərəkətinə müəyyən dərəcədə mane olur. Hər an öz yerini dəyişir və aşağıya doğru hərəkət edir. Buna səbəb vaxtında sürüşməyə qarşı müəyyən tədbirlər həyata keçirilməyib. Onun üçün mütəmadi olaraq atmesfer yağıntıları nəticəsində, həm də müəyyən yamacın daim aktivləşmə halları artır.
S.Əmiraslanov qeyd etdi ki, hazırda aktivləşmənin müşahidə olunduğu ərazidə monitorinqlər davam etdirilir.
İLHAMƏ