Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop və Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysərin rəhbərlik etdikləri nümayəndə heyətləri Şuşaya səfər çərçivəsində Cıdır düzündə olublar.
Teleqraf.com xəbər verir ki, Şuşa şəhərindəki bir sıra tarixi və dini-memarlıq abidələrini, həmçinin digər məkanları ziyarət etdikdən sonra Cıdır düzünə gələn qonaqlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.
* * *
09:46
Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop, Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər və Milli Məclisin sədri Sahibə Qafarovanın Şuşa şəhərinə səfəri başlayıb.
Teleqraf.com xəbər verir ki, onlar şəhəri gəzəcək, ermənilərin işğal dövründə Şuşada törətdikləri dağıntı, vandalizm aktları və hazırda aparılan bərpa-yenidənqurma işləri ilə tanış olacaqlar.