7 Avqust 2021 16:59
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Türkiyə bir-birinin yanında olduqda bütün çətinliklərə qarşı uğurla mübarizə apara bilirlər. Bu, həmçinin düşmənlərə verilən növbəti mesajdır. Azərbaycan və Türkiyə qardaşlığı ümummilli liderlər Heydər Əliyev və Mustafa Kamal Atatürkün "Sevinciniz sevincimiz, kədəriniz kədərimizdir" və "Bir millət, iki dövlət" şüarlarına əsaslanır.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.

O qeyd edib ki, Türkiyə Azərbaycanın ən çətin günlərində yanında olub: “Qardaş ölkənin rəhbəri Vətən müharibəsində açıq şəkildə bəyan etdi ki, Can Azərbaycanımızın yanındayıq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu cür bəyənatları, ölkəmizə dəstəyi bizim 44 günlük Vətən müharibəsində qələbə qazanmağımızı sürətləndirib. Daha sonra Şuşaya səfər etməsi ilə də dünyaya bir daha bəyan edib ki, biz sözün əsl mənasında qardaş, bir millət, iki dövlətik”.

Millət vəkili bildirib ki, Azərbaycan xalqının narahat edən məsələ qardaş Türkiyədə yanğına görə yaranan vəziyətdir:

“Hadisə barədə məlumat alan kimi Prezident İlham Əliyev cənab Ərdoğana zəng edərək, başsağlığı verib və kədərimizi ifadə edib. Eyni zamanda Türkiyənin yanında olacağımızı bildirib.

Həmçinin müvafiq qurumun nümayəndələrinin dərhal qardaş ölkəyə göndərilməsi tapşırığını verilib. Tapşırığa əsasən, 510 nəfər heyət, 1 helikopter və 1 amfibiya təyyarə təyinatı üzrə göndərilib. Hazırda bütün yanğınsöndürənlərimiz Türkiyədə fədakarlıq göstərir, əllərindən gələni edirlər. Prezident Ərdoğan da bu fədakarlıqla bağlı Azərbaycana təşəkkürünü ifadə edib. Yanğınların davam etməsi ilə bağlı Prezident İlham Əliyev bir daha Türkiyə Prezidenti ilə telefonla danışıb və başsağlığı verib.

Narahatlığımızı bir daha ifadə edən Prezident meşə yanğınlarının söndürülməsi ilə əlaqədar əlavə 200 nəfərlik həyatın göndəriləcəyini bildirib. Bununla Azərbaycanın qardaş Türkiyəyə ezam olunmuş heyətinin sayı 710 nəfərə çatacaq”.


Müəllif: Tapdıq Qurbanlı