Təhsil müəssisələrində dərslərin bərpası nəzərdə tutulur.
Teleqraf.com xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf şöbəsinin müdiri Şahmar Mövsümov Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.
O bildirib ki, sentyabr ayında bu məsələyə yenidən baxılacaq: "Valideynlər üçün vaksin tələbi qoyulmayıb. Lakin məhdudiyyət qoyulan sahələrin 80 faiz əməkdaşının peyvənd olunması nəzərə tutulub".