Rusiya Fövqəladə Hallar Nazirliyinin başçısı Yevgeni Ziniçevin faciəli ölümünün təfərrüatları məlum olub.
Teleqraf.com xəbər verir ki, bu barədə “Rossiya seqodnya” və RT-nin baş redaktoru Marqarita Simonyan danışıb.
“O və operator çıxışın lap kənarında dayanmışdılar. Operator sürüşərək suya düşdü. Kifayət qədər şahid var idi – heç kim nə baş verdiyini anlamağa belə macal tapmadı, çünki Ziniçev dərhal suya tullandı və bu zaman çıxıntılı daşa çırpıldı. O, xilaskar kimi həlak oldu”, - deyə M.Simonyan Telegram-kanalında yazıb.
M.Simonyan nazirin xilas etməyə çalışdığı operatorun da həlak olduğunu bildirib.