11 Noyabr 2014 12:56
1 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran İslam Respublikasının (İİR) prezidenti Həsən Ruhaninin Azərbaycana gözlənilən rəsmi səfəri ilə bağlı Bakıda bir sıra yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov deyib.

Bölmə rəisi qeyd edib ki, İran prezidenti Həsən Ruhaninin Azərbaycana gözlənilən rəsmi səfəri ilə əlaqədar noyabrın 12-si saat 13.00-dan noyabrın 14:00-dək Bakının bir sıra küçə prospektlərində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq, istiqamət dəyişdiriləcək: “Belə ki, sabah 13:00-dan Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Zuğulba istiqamətində, həmçinin Aeroport şossesi ilə paytaxtın mərkəzi istiqamətində Yusif Səfərov, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Rəsul Rza küçələri, Neftçilər, Azadlıq prospektləri, "Azneft" dairəsi, Niyazi, Teymur Elçin, Mehdi Hüseyn küçələri, Parlament prospekti, Fəxri Xiyaban, İnşaatçılar və Hüseyn Cavid prospektləri, Bakıxanov küçəsi, Tbilisi prospekti, Vaqif və Koroğlu Rəhimov küçələri və digər istiqamətlər üzrə fasilələrlə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və istiqamət dəyişdiriləcək”.

V.Əsədov bildirib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsi bunu nəzərə alaraq sürücülərdən xahiş edir ki, qeyd edilən küçə və prospektlər istiqamətində şəxsi avtomobillərdən az istifadə etməyi, ictimai nəqliyyat vasitələrinə üstünlük versinlər.


Müəllif: