27 sentyabr – Anım Günü ilə əlaqədar ölkə ərazisində Vətən Müharibəsi şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi üçün saat 12:00-da bütün nəqliyyat vasitələrinin avtomobil yollarında hərəkəti dayandırılacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) məlumat yayıb.