Bu gün - noyabrın 9-u Azərbaycan ordusunun keçirdiyi uğurlu əməliyyatlar nəticəsində 57 kənd, 1 qəsəbə və 8 yüksəkliyin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümüdür.
Teleqraf.com İkinci Qarabağ müharibəsinin xronologiyasını təqdim edir.
Ötən ilin bu günü – 9 noyabr Prezident İlham Əliyev özünün "Twitter" səhifəsində paylaşım edir: “Müzəffər Azərbaycan Ordusu Füzuli rayonunun Qobu Dilağarda, Yal Pirəhmədli, Yuxarı Yağlıvənd, Dilağarda, Seyid Mahmudlu, Ələsgərli, Aşağı Güzlək, Govşatlı, Mirzəcamallı, Şəkərcik, Merdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hüseynbəyli, Saracıq, Xocalı rayonunun Dəmirçilər, Çanaqçı, Mədətkənd, Sığnaq, Xocavənd rayonunun Susanlıq, Binə, Tuğ, Ağdam, Azıx, Böyük Tağlar, Salakətin, Zoğalbulaq, Arakül, Tağaverd, Zərdanaşen, Şexer, Cəbrayıl rayonunun Hüseynalılar, Söyüdlü, Aşağı Sirik, Qalacıq, Molla Həsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlı rayonunun Yuxarı Mollu, Aşağı Mollu, Xocik, Qaraimanlı, Xəndək, Həmzəli, Mahruzlu, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Zəngilan rayonunun Keçikli, Ördəkli, Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2 300 metr), Sığırt yüksəkliyini (1 370 metr), Şükürataz yüksəkliyini (2 000 metr) və əlavə 5 adsız strateji yüksəklik, Laçın rayonunun Güləbird, Səfiyan, Türklər, Şuşa rayonunun Daşaltı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”