18 Noyabr 2021 13:10
1 552
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İstər dərs yükü, istərsə məzmunun mahiyyəti özündə elmi tədqiqatları ehtiva edən məsələdir".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Uşaqlarının V Ümumrespublika Forumunda Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, ümumi təhsilin əsas məqsədi hər bir vətəndaşın önəmli bildiyi dəyərlərin aşılanmasına xidmət etməlidir: "Bunlara Vətən, torpaq anlayışlarının aşılanmasını nümunə deyə bilərik. Fərdi dəyərlərə isə sevgi, dostluq və sair deyə bilərik.

Ayrı-ayrı fənlərin tədrisi müəyyən mənada köhnəlmiş sistemdir. Layihə əsasında öyrənməyə keçməliyik. Müxtəlif layihələr çərçivəsində məqsədlərə çatmaq uşaqlara təqdim edə biləcəyimiz əsas məsələdir. Dərs yükünün azaldılması məsələsi gələcəyə hesablanmalıdır".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər