24 Dekabr 2021 14:02
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 24-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Prezident Rumen Radev dövlətimizin başçısına yubileyi münasibətilə təbriklərini çatdırıb, ona prezidentlik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Bolqarıstan Prezidentinə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olunub, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər