Bu gün Ermənistan-Azərbaycan sərhədində iki erməni minaya düşüb.
Teleqraf.com-un “news.am”-a istinadən verdiyi məlumata görə, bu barədə Müdafiə Nazirliyi xəbər yayıb.
Ermənistanın Tavuş rayonunda Berdavan kəndinin sakini Rafik Muxsudyan (1958-ci il təvəllüdlü) və Axtanak kəndinin sakini Qabriel Babikyan (1965) ot yığarkən minaya düşüblər.
R.Muxsudyan aldığı xəsarətlərdən həlak olub, Q.Babikyan isə xəstənaya yerləşdirilib.