20 Yanvar – Ümumxalq Hüzn Günü ilə əlaqədar olaraq “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı, İdarə Heyətinin üzvü Natiq Mehdiyev, baş katib Nigar Aslanova, Davamlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev, katibliyin əməkdaşları və 100-dən çox davamçı gəncin iştirakı ilə Şəhidlər xiyabanı ziyarət edilib.
“Davam” Gənclər Hərəkatında Teleqraf.com-a verilən məlumata görə, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.
“Davam”çı gənclər milli mənafelərin müdafiəsi naminə misilsiz fədakarlıqlar göstərib şəhidlik zirvəsinə ucalan Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzərək ruhları qarşısında baş əyib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.