29 Yanvar 2022 21:14
617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqlənmə nişanları ilə təchizat Normaları”nda dəyişiklik edib.

Teleqraf.com xəbər verir ki, dəyişikliyə əsasən, gömrük orqanlarının bütün şəxsi heyətinə 2 il müddətinə bir dəst açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş qısaqol yay köynəyi və şalvar da veriləcək.

Eyni zamanda indiyə qədər gömrük orqanlarının bütün şəxsi heyətinə 1 illiyə verilən 2 ədəd tünd-göy rəngli maykanın əvəzinə 1 illiyinə 2 ədəd açıq mavi, qara və boz rənglərlə kamuflyaj edilmiş mayka (qış üçün qalın, yay üçün nazik) veriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər