7 Fevral 2022 22:27
782
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Azərbaycanın 8 erməni hərbçini qarşı tərəfə təhvil verməsini alqışlayır.

Teleqraf.com-un məlumatına görə, bunu özünün "Twitter" səhifəsində Fransanın Azərbaycandakı səfiri Zakari Qross yazıb.

"Azərbaycanın təhvil verdiyi 8 erməni bu gün Fransa hökumət təyyarəsi ilə Yerevana aparılıb. Fransa Azərbaycanın Yerevanla Bakı arasında gərginliyi azaltmağa və etimadı bərpa etməyə kömək edən bu xoşməramlı jestini alqışlayır. Əməkdaşlığa görə Azərbaycana təşəkkür edirəm", - deyə səfir bildirib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, Azərbaycan Respublikası humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarmışdır. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.

Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər