Bu gün Azərbaycandan Ukraynaya növbəti dəfə humanitar yardım göndəriləcək. Humanitar yardım qida məhsulları, tibbi ləvazimatlar ve dərmanlardan ibarətdir.
Teleqraf.com xəbər verir ki, 380 ton olan yardım Ukraynanın paytaxtı Kiyevə “Silkway”in yük təyyarəsi ilə çatdırılacaq.
Təyyarə saat 09.00-da havaya qalxacaq.
Ukraynanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə və xalqına təşəkkür edib.