12 May 2022 12:11
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan bu gün MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün Düşənbəyə yola düşəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, Düşənbədə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü planlaşdırılır.

Artıq Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramov Tacikistanın paytaxtına gedib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər