27 Noyabr 2014 20:55
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Seçki Komissiyası (MSK) dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçki subyektlərinin maarifləndirilməsi layihəsi çərçivəsində “Müşahidəçilər üçün yaddaş” kitabçası hazırlayıb.

MSK-nın media və ictimai əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, layihənin həyata keçirilməsində və nəşrin hazırlanmasında məqsəd bələdiyyə seçkilərini izləyəcək müşahidəçiləri məlumatlandırmaqdır.

Yaddaş kitabçasında müşahidə aparılmasının prinsipləri əks olunub, eyni zamanda, müşahidəçilərin hüquq və vəzifələri ətraflı şəkildə izah edilib. Yaddaş kitabçası Seçki Məcəlləsi və MSK-nın təsdiq etdiyi normativ xarakterli aktlar əsasında hazırlanıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər