1 Dekabr 2014 15:07
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokuror Zakir Qaralov vətəndaşların qəbulu gününü keçirəcək.

Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş dekabrın 5-də baş tutacaq.

Baş prokuror həmin gün saat 10.00-da Abşeron rayon Prokurorluğunun inzibati binasında Sumqayıt şəhəri, Abşeron, Qubadlı, Xızı və Zəngilan rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xırdalan şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək. Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon və şəhər prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər