ABŞ prezidenti Co Bayden həyat yoldaşı ilə birlikdə britaniyalı yazıçı Salman Rüşdiyə edilən hücumdan təsirləndiyini deyib.
Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
“Dünən Nyu-Yorkda Salman Rüşdiyə edilən vəhşi hücum Cill və məni şoka saldı. Və kədərləndik. Biz onun sağalması üçün dua edən bütün amerikalılara və dünyadakı insanlara qoşuluruq”, - deyə Bayden bildirib.