"İran Zəngəzur dəhlizinin əleyhinə deyil və İranın qardaş Azərbaycanla əsas koridoru mövcuddur. Bu əsas dəhliz Azərbaycan və Naxçıvanı artıq 30 ildir ki, bir-birinə bağlayır. Azərbaycan və Naxçıvan arasında bütün əlaqələr İran torpaqları vasitəsilə baş tuturdu. Biz indiyə qədər olan dəhlizi əsas hesab edirik. Təbii ki, alternativ dəhlizlər də olmalıdır".
Teleqraf.com xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi Şuşada jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, İran Azərbaycanla transport əlaqələrini daha da genişləndirməyə davam edir.
"Yeni çəkilən yollar buna sübutdur"- deyə səfir qeyd edib.