3 Sentyabr 2022 15:47
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tehran İrəvandakı Göy Məscidin "İranın Ermənistandakı mədəni irsi" kimi qeydiyyata alınması üçün ermənilərlə birlikdə YUNESKO-ya müraciət etmək istəyir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elçin Mirzəbəyli deyib.

Ekspert İrəvanda iki ölkənin rəsmi şəxsləri arasında keçirilmiş anti-Azərbaycan müzakirələrinə diqqət çəkib:

İranın “Şərqi Azərbaycan vilayəti”nin mədəni irs və turizm idarəsinin baş direktoru Əhməd Həmzəzadə dünən İrəvanda səfərdə olub və Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Alfred Köçəryanla görüşüb. Görüş zamanı Həmzəzadə molla rejiminin başbilənlərinin daha öncə verdikləri açıqlamaların ruhuna uyğun olaraq, “İranla Ermənistan arasındakı çoxəsrlik dostluq”dan danışıb və qarşılıqlı münasibətlərin getdikcə daha da möhkəmləndirildiyini və inkişaf etdirildiyini bildirib.

Şübhəsiz ki, Əhməd Həmzəzadədən iqtibas gətirdiyim fikirlərinin birinci hissəsi həqiqətdən nə qədər uzaqdırsa, sonluğu bir o qədər reallığı əks etdirir.

Əhməd Həmzəzadənin Ermənistan rəsmisi ilə görüşündə səsləndirdiyi bir neçə cümləni olduğu kimi təqdim etməklə, molla rejiminin yalan püskürməkdə xəstə erməni ultramillətçilərindən heç nə ilə fərqlənmədiyinə diqqət çəkmək istəyirəm.

Sitat: “Qarşılıqlı əlaqələrin inkişafının sübutu həyata keçirdiyimiz və keçirəcəyimiz proqramlardır. O cümlədən mədəni irslə bağlı YUNESKO-ya birgə müraciət təcrübəsinin olduğunu da qeyd etmək lazımdır. Hazırda sizə daimi bir təklifimiz var. İrəvanın mərkəzindəki Göy Məscid mədəni irsin qorunmasının yaxşı nümunəsidir”.

İndi gələk Əhməd Həmzəzadəyə və onu Ermənistana göndərənlərin əsl niyyətinə: Tehran İrəvandakı Göy Məscidin "İranın Ermənistandakı mədəni irsi" kimi qeydiyyata alınması üçün ermənilərlə birlikdə YUNESKO-ya müraciət etmək istəyir və çox güman ki, eyni addımın Azərbaycan xalqının indiki Ermənistan ərazisindəki bütün tarixi-mədəni abidələri ilə bağlı atılması da müzakirə mövzusudur. Bununla da İran rejimi və Ermənistan Azərbaycan türklərinə məxsus abidələri, mədəniyyət nümunələrini “iranlılar”ın adına çıxmaqla, izlərimizi tarixi torpalarımızdan silməyə, Ermənistan ərazisində dağıdılan məhv edilən tarixi-mədəni abidələrimizlə bağlı konkret faktlara söykənən arqumentlərimizi zəiflətməyə çalışırlar.

Doğrusu, bu molla rejimi tərəfindən Azərbaycan xalqına qarşı düşmənçiliyin ən son həddidir və azacıq ləyaqət hissi olan heç kim belə rəzilliyə imza ata bilməzdi.

İndi isə İran rejiminin “mədəniyyət emissarı" Əhməd Həmzəzadənin Ermənistanlı nazir müavini ilə görüşündə səsləndirdiyi digər fikirləri olduğu kimi təqdim etməklə onu dəyərləndirməyi hörmətli oxucuların öhdəsinə buraxmaq istəyirəm:

Sitat: “Kilsələrin qorunmasını biz Təbrizdəki erməni icması ilə əməkdaşlıq çərçivəsində həyata keçiririk. Bu erməni mədəni irsinin bizim üçün nə qədər vacib olduğunun sübutudur. Biz dünya səviyyəsində mədəni irs nümunəsi kimi tanınmış məbədlərimizdən turizmin inkişafı üçün də istifadə edə bilərik. Fürsətdən istifadə edib İran ədəbiyyatının nümunələrinin Matendaranda yüksək səviyyədə saxlanılmasına və Göy Məscidin qorunmasına görə Ermənistana təşəkkürümü bildirirəm. Biz birlikdə Göy Məscidin dünya mədəni irsinin nümunələrindən biri kimi tanınmasına da nail ola bilərik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər