3 Oktyabr 2022 14:50
1 417
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanla əhatəli sülhə nail olmaq üçün beş məsələ öz həllini tapmalıdır”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Haykakan Jamank” qəzeti yazır.

Nəşr qeyd edir ki, Azərbaycanın Ermənistandan 5 əsas tələbi var.

Qəzetə görə, bu tələblər aşağıdakılardır:

- Qarabağın dağlıq hissəsindəki separatçı rejim və ordunun ləğv edilməsi;

- Qarabağın heç bir muxtariyyət statusu olmayan Azərbaycan ərazisi kimi tanınması;

- Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında dəhlizin açılması (Zəngəzur dəhlizi);

- 1919-1920-ci illərin xəritələri ilə delimitasiya və demarkasiya prosesi;

- İtkin düşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirmək.

Erməni nəşri bildirir ki, Azərbaycanla hərtərəfli sülhə nail olmaq üçün bu məsələlər öz həllini tapmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu