8 Noyabr 2022 07:51
324
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Vaşinqtondakı səfirliyinin təşkilatçılığı ilə keçirilən, 8 Noyab – Zəfər Gününə həsr edilən tədbirdə iştirak edib.

Teleqraf.com xəbər verir ki, bu barədə XİN başçısı tviterdə yazıb.

“Vaşinqtonda Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən təşkil edilən Zəfər Gününə həsr olunmuş tədbirdə iştirak etməkdən şadam. Bu şərəfli bayramı ABŞ-da yaşayan soydaşlarımızla birgə qeyd etməkdən məmnun oldum. Zəfər Günün mübarək, Azərbaycan”, - diplomat qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər