16 Noyabr 2022 12:51
2 236
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa Senatının qətnaməsi Azərbaycan və Rusiyaya zərbədir”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

“Fransa Senatı “Dağlıq Qarabağın müstəqilliyi”ni tanımağa çağıran qətnamə qəbul edib. Senat həm də Azərbaycanı qoşunlarını çıxarmağa çağırıb və bu ölkəyə qarşı sanksiyalar tətbiq etməyi təklif edib.

Bu, Azərbaycana zərbədir. Bu, Rusiyaya zərbədir. Makron Ermənistanın müttəfiqi kimi Rusiyanı əvəz etmək istəyir. Rusiya Malidə, CAR-da Fransanı əvəz etdi. İndi Makron Fransanı əsas ermənipərəst ölkəyə çevirmək, Cənubi Qafqaza qoşun yeritmək və Rusiyanı Qafqazdan sıxışdırmaq istəyir. Makron Mali və Mərkəzi Afrika Respublikasını Ermənistana belə dəyişir”, - ekspert bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər