21 Noyabr 2022 22:28
1 047
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sülh müqaviləsi üzrə aparılan danışıqlar fonunda Vaşinqtonun regiona baxışı Azərbaycanın maraqlarına cavab verir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, ABŞ-ın Azərbaycan və Ermənistan arasındakı vasitəçilik səyləri ölkəmiz üçün yeni imkanlar yaradır:

“Sülh müqaviləsi üzrə aparılan danışıqlar fonunda Vaşinqtonun regiona baxışı Azərbaycanın maraqlarına cavab verir.

44 günlük müharibədən sonra Azərbaycan bir sıra ölkələrin təzyiqlərinə məruz qaldı. Bu, indi də davam edir. Rusiyanın Ermənistana dəstək verərək sülh danışıqlarını pozması, Fransanın pozuculuq fəaliyyəti, İranın hərbi-siyasi və informasiya təhdidləri Vaşinqtonun Azərbaycana dəstək verməsi ilə nəticələndi.

Hesab edirəm ki, ABŞ Ermənistanla sülh müqaviləsinin bağlanmasında və Qarabağ Azərbaycanın tərkibində qalmasında maraqlıdır. Bu, indiki məqamda Vaşinqtonun geosiyasi maraqlarına cavab verir. Rusiya faktoru və İranın təhdidləri Cənubi Qafqazda ABŞ-Azərbaycan əməkdaşlığını labüd edir. Bu kontekstdə Vaşinqtonla Bakı arasında siyasi təmaslar sıxlaşır, əlaqələr intensivlik qazanır. Zənnimcə, bundan sonra da ABŞ-ın Azərbaycana dəstəyi davam edəcək. Əməkaşlığı bir sıra mühüm sahələr üzrə genişlənməsi də mümkündür.

Rusiya və Fransaya gəldikdə, hər ikisi Qarabağ məsələsinin Ermənistanla aparılan danışıqlar müstəvisində qalmasını istəyir. Bu tandemin oyununa gələn İrəvan sülh danışıqlarını poza biləcək addımlar atmağa çalışır. Amma Vaşinqton və Brüsselin Nikol Paşinyana təzyiqləri onu Azərbaycanla sülh müqaviləsini imzalamağa məcbur edə bilər. ABŞ-la hesablaşmaması Ermənistana baha başa gələcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər