26 Noyabr 2022 15:03
2 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moskva Qarabağdakı sülhməramlıların statusunu Bakı ilə İrəvan olmadan razılaşaraq həll edə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Stanislav Tarasov “Hraparak”a müsahibəsində deyib.

Ekspert Avropa Birliyi mülki müşahidəçilərinin Ermənistan-Azərbaycan sərhədində yerləşdirilməsi və İrəvanın KTMT-dən gözləntiləri ilə bağlı nəşrin sualına belə cavab verib:

“Bəs ruslardan nə istəyirdi? KTMT heç bir əsas olmadan Ermənistan-Azərbaycan sərhədində dayanacaqdı? KTMT-ni konfliktə cəlb etmək istəyirdi? Əliyev isə Paşinyanın oyununu pozdu, onun bütün diplomatik kombinasiyalarının üzə çıxmasına imkan yaratdı. Mişustin Bakıya getdi, Putin Əliyevə zəng etdi və bundan sonra ssenarilərinin baş tutmayacağı bəlli olanda Paşinyan sənədləri imzalamaqdan imtina etdi. 15 sənəddən yalnız ikisinə imza atmayıb.

Heç nə, dəhşətli bir şey olmayıb. Amma Ermənistanda bəzi qüvvələrin qışqırmasına şərait yaratdı ki, ruslar bizi tək qoyub, onları qorumur, ermənilər Azərbaycanın qarşısında tək qalıb, ruslar onlara kömək etmir və sair. Hər iki halda Rusiyanın qapısına zərbələr oldu”.

Sammitdən əvvəl KTMT-nin baş katibi Stanislav Zas Ermənistana yardım məsələsinin razılaşdırıldığını açıqlamışdı. Amma İrəvan sammitində bu baş vermədi.

Məsələ ilə əlaqədar qəzetə danışan Stanislav Tarasova görə, bunun baş tutmamasının bir sıra səbəbləri var:

“Yəqin ki, son anda sərt ifadələrə görə Putin bununla razılaşmayıb. Təfərrüatları bilmirik. Amma başqa bir şey aydındır ki, hadisələrin inkişafı KTMT-nin iclasından əvvəl müəyyən edilmişdi, sammit nəticə etibarilə anti-Rusiya xarakteri daşıyırdı. Paşinyan rus sülhməramlıları və beynəlxalq müşahidəçilərin birləşdirilməsindən danışır, Rusiya 2020-ci il müqaviləsinin qorunub saxlanmalı olduğunu deyir, Paşinyan isə “Qarabağın statusu” məsələsini qaldırır.

İkinci məqam ondan ibarətdir ki, Rusiya sülhməramlı kontingentinin hüquqi statusu müəyyən edilməlidir. Bizim indi Azərbaycan ərazisində məhdud sayda qoşunumuz var. Azərbaycan ərazisində Qarabağ ermənilərinin təhlükəsizliyinin təminatçısı olmaqla, Bakı ilə razılaşaraq, kommunikasiyaların açılmasına nail olmaqla sülhməramlılarımızın statusunu İrəvansız müəyyən edə bilərik. Amma Rusiya tam neytral mövqe tutub. Putinin dediyi kimi, əsas odur ki, öz aranızda razılığa gələsiniz”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər