Xankəndidəki separatçıların başçısı Araik Arutyunyan bir neçə gün əvvəl Fransaya gedib.
Teleqraf.com xəbər verir ki, bu barədə Fransanın İle-de-Frans şəhəri şurasının sədri Valeri Pekres Tvitter hesabında yazıb.
Pekres bu səfər çərçivəsində separatçıların başçısı ilə görüşdüyünü bildirib.
Anti-Azərbaycan mövqeyi ilə tanınan Pekres Araiki “artsax prezidenti”, Azərbaycan ərazilərindəki qondarma qurumu isə “respublika” adlandırıb.
“Görüşdə ona Ermənistan və Dağlıq Qarabağ erməniləri ilə həmrəyliyimi və dəstəyimi bir daha təsdiqlədim. Cənubi Qafqazda sülh və sabitlik Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tələb edir”, - fransız siyasətçi bildirib.
Qeyd edək ki, Valeri Pekres ötən il Fransada keçirilən prezident seçkilərində namizəd kimi iştirak edib. O, seçki kampaniyası çərçivəsində Azərbaycanın icazəsi olmadan Xankəndiyə gəlmişdi. Fransalı siyasətçinin gizli səfəri ifşa edildikdə, bu, iki ölkə arasında gərginliyə səbəb olmuşdu. Azərbaycan baş verənlərdən sonra Fransaya nota vermişdi.