7 Dekabr 2022 14:42
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Fransa tərəfi beynəlxalq hüququn ərazi bütövlüyünə riayət edilməsi və dövlətlərin daxili işlərinə qarışmaması ilə bağlı prinsiplərini kobud şəkildə pozmaqda davam edir”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert Xankəndidəki separatçı rejimin başçısı Araik Arutyunyanın Fransaya səfərinə diqqət çəkib:

“Fransa beynəlxalq hüququn ərazi bütövlüyünə riayət edilməsi və dövlətlərin daxili işlərinə qarışmaması ilə bağlı prinsiplərini kobud şəkildə pozmaqda davam edir. Separatçıların başçısı Araik Arutyunyan Fransa Senatında olub, burada “sarsax”ı tanıyan və Azərbaycanı qərəzli şəkildə qınayan biabırçı qətnamələri hazırlayıb səs verənlər tərəfindən qəbul olunub və rəğbətlə qarşılanıb.

Bir çox ölkələrin utancverici hesab etdikləri şeyi fransız parlamentariləri “şərəfli iş” hesab edirlər. Bütün bu təxribatlar Parisin özünün beynəlxalq öhdəliklərinə uyğun gəlmir.

Bundan başqa, Fransa tərəfi separatçı ünsür üçün geniş media platforması təşkil edərək, ona özünü reklam etmək və “beynəlxalq səviyyədə tanınmış sərhədlərin yenidən cızılması və etnik uyğunsuzluq”la bağlı çirkli ideyaların təbliği üçün imkan yaradır.

Arutyunyan Parisdə olarkən Almaniyanın ictimai televiziya kanalı ZDF-yə müsahibə verib və burada öz sərsəm fikirlərini dilə gətirib”.

İlqar Vəlizadə bəzi Avropa dövlətlərinin indiyədək “hərarətlə müdafiə etdikləri dəyərlər”ini tapdaladıqlarını bildirib:

“Müharibə cinayətlərində təqsirli olan şəxs Avropanı necə rahat gəzə və nifrət, etnik dözümsüzlük və beynəlxalq səviyyədə tanınmış sənədlərə yenidən baxılmasını təşviq edən müsahibələr verə bilər?

Fransa səfirliyinə gəlincə, mən onların yerində olsaydım, Azərbaycan Xarici İşlər Nazirliyinin binası yaxınlığında yerləşərdim. Bu ölkənin Azərbaycandakı səfirləri və müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə o qədər tez-tez çağırılır və nota alırlar ki, sanki işləmək üçün ora gedirlər. Şəhərin tıxacını və hərəkətdəki çətinlikləri nəzərə alsaq, XİN binasının yanında işləmələri daha yaxşı olardı.

Yeri gəlmişkən, Almaniya Xarici İşlər Nazirliyinin də xatırlatması yaxşı olardı ki, terrorçular və cinayətkarlarla müsahibələr bu ölkənin aparıcı kanallarına baş ucalığı gətirmir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər