İrəvanın bir sıra universitetlərinin tələbələri Qarabağ separatçılarına dəstək aksiyası keçirirlər.
Teleqraf.com xəbər verir ki, Avropa Birliyinin (AB) İrəvan ofisinin önündə toplaşan ermənilər Gorus-Xankəndi yolunun açılması üçün addımların atılmasını tələb edirlər.
Azərbaycan əleyhinə şüarların səsləndirildiyi aksiyada separatçıların qondarma bayraqları qaldırılıb.
Tələbələr AB-nin ofisinin qarşısından Fransa səfirliyinə doğru yürüş ediblər.
Aksiya iştirakçıları səkidə deyil, yolda yürüş etmək qərarına gəliblər. Nəticədə Proşyan küçəsində böyük tıxac yaranıb.