Məşhur türkiyəli aktrisa Hande Erçelin böyük bacısı Gamze Erçel və onun həyat yoldaşı Caner Yıldırım zəlzələdən əziyyət çəkən körpənin himayədar ailəsi olmaq üçün müraciət ediblər.
Teleqraf.com xəbər verir ki, onlar kimsəsiz bir körpəyə ailə olmaq istədikləri barədə qərarlarını sosial media hesablarında açıqlayıblar.
“Həyat yoldaşımla belə bir qərar verdik. Bir körpənin ailəsi olmaq üçün müraciət etdik. Çətin bir proses olacaq, uzun çəkəcək, günü sabah dərhal cavab gəlməyəcək, amma biz bunu etmək qərarına gəldik. Həyatdakıları yaşatmağımız üçün 10 gün sonra motivasiyaya ehtiyacımız olacaq. İnsanların sığınacağı üçün kirayə yardımlarına ehtiyac olacaq. Uşaqlara dəstək lazım gələcək...”, - deyə cütlük açıqlamada qeyd edib.