25 dekabr 2014-cü il tarixdə Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
Teleqraf.com-un xəbərinə görə, iclasda “Lider TV və Radio Azərbaycan” MMC tərəfindən “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulması faktı müzakirə edilib.
“Lider TV və Radio Azərbaycan” MMC tərəfindən 21 dekabr 2014-cü il tarixdə saat 19:00-da efirə gedən “Seçim” verilişinin yayımı zamanı (saat 19:25) uşaqların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən səhnənin - dayə tərəfindən azyaşlı uşağa qarşı fiziki zorakılıq, xəsarətyetirmə səhnəsinin nümayiş etdirilməsi ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin, “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 2.1-ci bəndinin, həmçinin 11 dekabr, 17 dekabr, 18 dekabr, 22 dekabr, 24 dekabr 2014-cü il tarixlərdə “Televiziya və radio yayımı haqqında” Qanunun 35.4; 16 dekabr, 22 dekabr 2014-cü il tarixlərdə “Televiziya və radio yayımı haqqında” Qanunun 35.5; 11 dekabr 2014-cü il tarixdə “Televiziya və radio yayımı haqqında” Qanunun 35.7-ci maddəsinin tələblərinin pozulması (reklamın yayımının qanunla müəyyənləşdirilmiş qayda və tələblərinə əməl edilməməsi) faktı ilə əlaqədar olaraq “Lider TV və Radio Azərbaycan” MMC-yə xəbərdarlıq elan edilib.
Naibə QURBANOVA