25 Dekabr 2014 18:19
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmsəddin Hacıyev: ““Elm haqqında” qanun həm elmi, həm də hüquqi baxımdan ağır tutumlu bir sənəddir”

““Elm haqqında” qanun Azərbaycan Respublikasında elmin təşkili, idarə edilməsi və inkişafı sahəsində dövlət siyasətinin əsas prinsiplərini müəyyən edir. Eyni zamanda, qanun elmin və elmi innovasiya fəaliyyətinin məqsədlərini, elmi fəaliyyət subyektlərinin hüquq və vəzifələrini, elmin maliyyələşdirilməsi mexanizmlərini, elmi nailiyyətlərin stimullaşdırılması və onlardan istifadənin təşkilati-hüquqi əsaslarını özündə ehtiva edir”.

Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev deyib.

Ş.Hacıyev bildirib ki, qanun, həmçinin ölkənin iqtisadi, sosial və mədəni inkişafının təmin edilməsində, hər bir Azərbaycan vətəndaşının rifahının və elmi səviyyəsinin yüksəldilməsində, yeni biliklərə yiyələnməsində və dünyanı dərk etmək kimi təbii və mənəvi ehtiyaclarının ödənilməsində elmin aparıcı rolunu və vəzifələrini müəyyənləşdirir. Onun sözlərinə görə, “Elm haqqında” qanun həm elmi, həm də hüquqi baxımdan çox ağır tutumlu bir sənəddir.

“Sənədin hazırlanıb ərsəyə gətirilməsi üçün qanun layihəsinin ictimai müzakirələrdən keçirilməsinə ehtiyac var. Ötən müddət ərzində bu qanun layihəsi ilə bağlı 40-a yaxın təşkilatda müzakirələr aparılıb və onlar tərəfindən qanun layihəsinin təkmilləşdirlməsi ilə bağlı bir sıra təkliflər daxil olub. Hesab edirəm ki, müzakirələr “Elm haqqında” qanun layihəsinin təkmilləşdirilməsinə və onun parlamentin müzakirələrinə çıxarılaraq qəbul olunmasına gətirib çıxaracaq” – deyə, komitə sədri vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər