20 Fevral 2023 14:53
2 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Separatçı Ruben Vardanyan yaxın günlərdə Xankəndini tərk edə bilər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.

“Artıq bir müddətdir ki, Vardanyanın yaxın vaxtlarda “istefa” verəcəyi ilə bağlı məlumatlar dolaşır. Məlumatımıza görə, artıq bu məsələ həll olunub və Rusiya buna qarşı deyil, ona görə də bir neçə günə “fərman” veriləcək”, - qəzet bildirir.

Nəşr Vardanyanın Xankəndidən gedəcəyi “konkret tarix”i də göstərib. Mənbənin iddiasına görə, baş separatçı Araik Arutyunyan Vardanyanın “post”undan uzaqlaşdırılması xəbərini fevralın 23-də verəcək.


Müəllif: Mənsur Rəğbətoğlu