"Davam edən Azərbaycan-Ermənistan danışıqlarında Qarabağ Azərbaycan ərazisi kimi tanınıb".
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın Respublikaçı partiyası sədrinin müavini Armen Aşotyan deyib.
“Deputat Hayk Mamicanyan mətbuat konfransı zamanı məndə olan məlumatı faktiki olaraq təsdiqlədi. Avropalı rəsmi Paşinyanın da deputatlarının olduğu ortamda demişdi ki, o, çoxdan Qarabağın Azərbaycanın bir hissəsi olması ilə bağlı razılığa gəlib və danışıqları da bunun üzərində aparır. Bəli, Hayk iki fərqli mənbədən gələn və iki fərqli hadisəyə şahidlik edən məlumatımı təsdiqlədi”, - deputat bildirib.
Hayk Mamicanyan bundan əvvəl belə demişdi:
“Qarabağın statusu” və “öz müqəddəratını təyinetmə hüququ” ilə bağlı çıxışımdan (Avropa Parlamentində) sonra kifayət qədər yüksək rütbəli Avropa rəsmisi açıq formada bizə dedi ki, cənab Mamicanyan, sizin mövqeyinizi bilirik, amma məsələ bu deyil, Nikol Paşinyan uzun müddətdir “status”la bağlı heç bir danışıqlar aparmır və davam edən danışıqlar tamamilə Qarabağın Azərbaycanın bir hissəsi kimi gələcəyinə əsaslanır. Kim dediklərimizi inkar etməyə cəsarət edərsə, adlar çəkilə bilər”.