30 Dekabr 2014 08:57
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 29-da imzaladığı əfv haqqında sərəncamının icrasına başlanıb.

Teleqraf.com xəbər verir ki, əfv sərəncamı əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 79 nəfərə şamil edilib.

Əfv sərəncamı “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı, “P.S Nota” qəzetinin baş redaktoru Sərdar Əlibəyli, vəkil Qurban Məmmədov, “NİDA” vətəndaş hərəkatının idarə heyətinin üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədliyə də şamil olunub.

Qeyd edək ki, sərəncam ümumilikdə 86 nəfər Azərbaycan vətəndaşı və 1 nəfər Türkiyə vətəndaşına şamil olunub.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər