Cənubi Koreya öz vətəndaşlarına Azərbaycan və Ermənistanın sərhəd bölgələrinə səyahət etməyi yasaqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Yonhap” agentliyi ölkənin Cənubi Koreya Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
XİN-in açıqlamasına görə, səyahət xəbərdarlığı səviyyəsi ən yüksək olan 4 olaraq təyin edilib. Qadağa aprelin 15-də qüvvəyə minəcək.
“Yonhap” bildirib ki, 2020-ci ilin avqust ayından etibarən bölgə üçün səyahət xəbərdarlığı səviyyəsi 3 elan edilib. Nazirlik regionda davam edən silahlı toqquşmaları nəzərə alaraq bu səviyyənin artırılması barədə qərar verib.
ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yaponiyanın da öz vətəndaşlarına bölgəyə səyahətini qadağan etdiyi bildirilir.