23 Aprel 2023 19:16
3 683
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün “Böyük Ermənistan” ideyasının əbədi dəfn edildiyi gündür”.

Teleqraf.com xəbər verir ki, bunu Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəmizin qurulmasını şərh edən hərbi ekspert Ədalət Verdiyev deyib.

Ekspert bunun digər mühüm problemlərin həlli baxımından başlanğıc olduğunu söyləyib:

"Sözüm rus kontingentin komandanlığına və onların kuryerlik etdiyi erməni silahlılarına aiddir: sərhəd- keçid məntəqəsinin qurulmasını, qeyri-qanuni fəaliyyətlərinizə adekvat cavab tədbirlərinin başlanğıcı kimi qəbul edin. Bu, hələ jurnaldır, film təzə başlayır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər