Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Azərbaycanın Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qoymasına münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Kalın bunun Azərbaycanın daxili işi olduğunu söyləyib.
“Qarabağ Azərbaycandır. Söhbət Azərbaycanın ərazi bütövlüyündən gedir və bura fərqli mənaların əlavə edilməsi prosesin həyata keçirilməsinə heç bir töhfə verməyəcək”, - Türkiyə rəsmisi bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Xankəndi və ətrafında yaşayan ermənilərə verdiyi təminatlara ciddi yanaşmaq lazımdır.
Kalın həmçinin qeyd edib ki, Azərbaycan və Ermənistan arasında imzalanacaq sülh müqaviləsi İrəvana böyük iqtisadi fayda gətirəcək və Türkiyə ilə münasibətlərə təsir göstərəcək.