Azərbaycanın paytaxtı Bakı may bayramlarında Rusiya vətəndaşlarının xarici səyahətləri üçün ən çox üstünlük verəcəkləri şəhərlərdəndir.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın “Yandex Travel” şirkəti məlumat yayıb.
Qonşulardan digər məşhur istiqamətlər İstanbul, Dalaman, Antalya (Türkiyə), Minsk (Belarus), Bişkək (Qırğızıstan), Daşkənd (Özbəkistan) və İrəvandır (Ermənistan).
Sorğunun nəticələrinə görə, may bayramları zamanı rusların ən çox səyahət edəcəyi ölkələr Azərbaycan, Türkiyə, Ermənistan, Qazaxıstan, Özbəkistan, Birləşmiş Ərəb Əmirlikləri, Belarus, Qırğızıstan, İsrail, Misir və Çin olacaq.