“Qarabağın Azərbaycana tam təhvil verilməsi məsələsi Vaşinqtonda həll olunub”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş hakim Respublikaçı Partiyası sədrinin müavini Armen Aşotyan deyib.
“Nəhayət, Qarabağın Azərbaycana təhvil verilməsi məsələsi Vaşinqtonda həll olundu. Nikol bununla hələ Praqda razılaşmışdı”, - siyasətçi bildirib.
Aşotyan başda ABŞ olmaqla Qərblə yanaşı, Rusiyanın da mövqelərinin Azərbaycanla uzlaşdığını və onların (öz ərazilərində suverenliyini bərpa edən - red.) Azərbaycanı dayandırmaq fikrində olmadıqlarını iddia edib.