15 May 2023 20:39
3 987
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağın təhvil verilməsinin son mərhələsinə qədəm qoyuruq”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

“Qarabağın təhvil verilməsinin son mərhələsinə qədəm qoyuruq. Paşinyanın istənilən coğrafi məkanda hər görüşü bu prosesi daha da dərinləşdirir və dönməz edir. Brüssel görüşündə Paşinyan öz tələsinə düşəndə ​​problem daha da mürəkkəbləşdi və dərinləşdi”, - sabiq nazir bildirib.

Oskanyan prosesin sonunda Qarabağın Azərbaycanın tərkibində Gürcüstanın Cavxetiya bölgəsi kimi ermənilərin kompakt yaşadığı ərazi kimi qəbul ediləcəyini söyləyib. O, artıq Avropa Birliyinin prezidenti Şarl Mişelin Brüsseldəki son üçtərəfli görüşdə bunun açıqlamasını verdiyini bildirib.

“Şarl Mişelin mesajını verdiyi müddəalarla hər hansı bir sənədin imzalanması o deməkdir ki, imzalanan andan Qarabağ Cavaxetiyaya çevrilir”, - Oskanyan bildirib.

Ermənistanın sabiq xarici işlər naziri çıxışında Qarabağ-Azərbaycanın tarixi ərazisi ilə bağlı separatçı və təxribatçı iddialarla çıxış edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər