17 May 2023 17:21
2 691
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb”.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan Avropa Şurasının Reykyavikdə (İslandiya) keçirilən sammitində bildirib.

Baş nazir qeyd edib ki, bundan əvvəl Ermənistan və Azərbaycan Fransa Prezidenti Emmanuel Makron və Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Almatı bəyannaməsinə əsaslanan münasibətləri tənzimləmək barədə (Praqada) razılığa gəliblər.

“Üç gün əvvəl Avropa Şurasının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə Ermənistanın Azərbaycanın 86.6 min kvadratkilometr, Azərbaycanın isə Ermənistanın 29.8 min kvadratkilometr ərazisində ərazi bütövlüyünü tanıdığını vurğulayaraq irəliyə doğru bir addım atdıq”, - Paşinyan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər