“Ermənistan-Azərbaycan dəmir yolunun yenidən qurulması ilə bağlı müsbət anlaşma formalaşıb”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Xüsusilə bildirməliyəm ki, Brüsseldə Ermənistan-Azərbaycan dəmir yolunun yenidən qurulması ilə bağlı müəyyən müsbət anlaşma formalaşıb. Bir daha vurğulamaq istərdim ki, Ermənistan 10 noyabr və 11 yanvar üçtərəfli bəyanatlarında nəzərdə tutulan kommunikasiyaların açılmasını tərəflərin suverenliyi, ərazi bütövlüyü, bərabərhüquqlu və qarşılıqlı prinsiplər əsasında həyata keçirməyə hazırdır”, - Ermənistan baş naziri söyləyib.