31 May 2023 16:58
12 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaxtilə Ermənistandan çıxarılmış azərbaycanlılar geri qayıtsalar, bu, bizim sonumuz olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu erməni siyasi fəal Rudik Ovannisyan “Hraparak” qəzetinə müsahibəsində deyib.

Siyasi fəal qərbi azərbaycanlıların öz doğma yurdlarından (indiki Ermənistan) zorla deportasiya və köçə məcbur edilməsinə “haqq” qazandırıb.

“Bu olmasaydı, ötən 30 ildə Ermənistanda yaşayan 250 min azərbaycanlı 2.5 milyona qədər artacaqdı. Bu isə o deməkdir ki, onlar bizdən çox olub, İrəvan və Göyçə xəyallarını həyata keçirəcəkdilər”, - Ovannisyan bildirib.

Ovannisyan bir şeyi “unudur” ki, indiki Ermənistan bir dövlət kimi tarixi Azərbaycan ərazilərində yaradılıb. Haqqında bəhs etdiyi İrəvan və Göyçə də bura daxildir. Eləcə də Zəngəzur... Bir xalqı öz ərazilərindən getməyə məcbur etmək isə barbarlıq və düşmənçilikdir. Əlbəttə, bunlar bu düşmənçiliyin əsasını qoymuş Ermənistan üçün ən yumşaq ifadələrdir. Ovannisyanın – hansısa siyasi fəalın açıqlaması isə bu barbarlıqlarının etirafıdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər