"Ərdoğanla İlham Əliyev Paşinyanı müharibə qəniməti kimi Ankaraya apardılar".
Teleqraf.com xəbər verir ki, Ermənistan mətbuatı Paşinyanın Ərdoğanın inauqurasiyasında iştirakını bu formada təqdim edib.
Erməni politoloq Vahe Hovhannisyan yazır ki, həm Ərdoğan, həm də Əliyev birgə qardaşlıq əhdi kimi Ankarada Paşinyanı bütün türk dünyasına göstərərək ermənilərin darmadağın edilməsi faktını dilə gətirəcəklər.
"Ərdoğan 100 dəfə öyünüb ki, Türkiyənin dəstəyi ilə Azərbaycan erməniləri məğlub etdi. Nikol isə Ərdoğanın andiçmə mərasiminə gedir. Erməni cəmiyyəti bundan incimir.
Qədim dövrlərdə müharibədə qalib gələn tərəf məğlub olan tərəfin padşahını general kimi qəbul edirdi. İndi də eyni vəziyyətdir. Türklər Nikolu general kimi Ankaraya aparır, göstərirlər ki, biz Ermənistanı məhv etdik, qalib gəldik, öldürdük, indi onların “Kralını” nümayiş etdiririk.Şübhəsiz ki, Ankarada həm Ərdoğan, həm də Əliyev birgə qardaşlıq əhdi kimi ermənilərin darmadağın edilməsi faktını dilə gətirəcəklər", deyə V.Hovhannisyan bildirib.
Politoloq qeyd edib ki, Paşinyan Ankarada “əfv” edilə bilər: "Bu da qəbul olunmuş ənənədir. Nikolun buna görə üzüləcəyi, nə hiss edəcəyi və ya hiss etməyəcəyi məni maraqlandırmır. Faciə odur ki, erməni cəmiyyəti bundan inciməyəcək. Yüzlərlə erməni isə ona “hörmətli” deyə müraciət edəcək, minlərlə adam onun şəklinin altında xoş sözlər yazacaqlar”.