9 İyun 2023 16:24
2 412
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Rusiyanı Ermənistan-Azərbaycan danışıqlar prosesindən kənarlaşdırmağa çalışır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

“Məncə, ABŞ hər yerdə eyni şeyə nail olmağa çalışır: bir tərəfdən Rusiyanı sıxışdırıb çıxarmaq, digər tərəfdən isə Rusiyanın tərəfdaşı və müttəfiqi olan müstəqil dövlətləri neokoloniya yolu ilə tabe etmək, dost və qonşularla tərəfdaşlığımıza və müttəfiqliyimizə mane olmaq. Bu, həmişə Amerikanın əsas problemi olub”, - Rusiya rəsmisi bildirib.

Qaluzin vurğulayıb ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatına əsaslanaraq, İrəvanla Bakı arasında münasibətlərin tənzimlənməsinə alternativ yoxdur. Eyni zamanda, onun sözlərinə görə, Rusiya digər dövlətlərin Ermənistan-Azərbaycan nizamlanmasına töhfə verməsinin əleyhinə deyil.

“Amma bu sözdə deyil, əməldə olmalıdır və liderlərin əldə etdikləri və gördüyümüz kimi, ümumilikdə uğurla həyata keçirilən fundamental razılaşmalara uyğun olmalıdır”, - Qaluzin əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu