13 İyun 2023 14:52
390
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən İkinci Qarabağ müharibəsindən sonra demişdim ki, bundan sonra Azərbaycan Ordusu Türkiyə modeli əsasında inkişaf edəcək. Biz bunu əyani şəkildə görürük. Bu dəstəyə görə də Sizə (Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana – red.) xüsusi təşəkkürümü bildirmək istəyirəm".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Bakıda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata bəyanatı zamanı deyib.

"Bugünki dünyada güc faktoru ön plana çıxır. Əfsuslar olsun ki, beynəlxalq hüquq çalışmır. Biz bunu 30 illik işğal dönəmində görmüşdük və aparılan müzakirələr, danışıqlar heç bir nəticəyə gətirib çıxarmadı. Nəticəyə gətirib çıxaran bizim gücümüz oldu. Ona görə də bundan sonra da birgə fəaliyyət istiqamətində aparılacaq işlər bizim gücümüzü daha da artıracaq. Həm bölgədə, həm də dünyada",- Azərbaycan Prezidenti bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər