4 İyul 2023 16:18
3 028
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ probleminin həlli beynəlxalq ictimaiyyət üçün arzuolunandır, amma beynəlxalq ictimaiyyət onun necə həll ediləcəyi ilə o qədər də maraqlanmır. Onlar sadəcə açılmış yolla gedirlər. Problemi həll etməyin ən asan yoluna əl atırlar”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

“Bu gün Nikol Paşinyan beynəlxalq ictimaiyyətə Qarabağı Azərbaycana təhvil verməyin ən asan yolunu göstərir. Əlbəttə, beynəlxalq ictimaiyyət Nikol Paşinyanın bu qənaətə gəlməsinə dəstək verəcək”, - sabiq nazir bildirib.

Oskanyan Paşinyanın Qarabağı Azərbaycan ərazisi olaraq tanıdığını söyləyib:

“Paşinyan Ermənistanın birinci lideridir, belə bir söz deyib, indi də müvafiq sənədləri imzalamaqla bunu rəsmiləşdirməyə çalışır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər